Bakıda zavodda yanğın – VİDEObackend

Bakıda zavodda yanğın – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül yaşayış massivində yerləşən hal-hazırda fəaliyyət göstərməyən zavod ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

NOCOMMENT.az publika.az-a istinadən xəbər verir ki, yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində zavodun ərazisində 50 m² sahədə müxtəlif tərkibli tullantılar yanıb.

Ərazidəki tikililər, habelə 4 ədəd qaz balonu yanğından mühafizə olunub.