Bakıda zəncirvari QƏZA – 9 nəfər xəstəxanalıq oldubackend

Bakıda zəncirvari QƏZA – 9 nəfər xəstəxanalıq oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün günorta saatlarında qeydə alınıb.

Belə ki, Mərdəkan-Qala şossesində 6 avtomobilin iştirakı ilə zəncirvari qəza olub. Nəticədə 9 nəfər xəsarət alaraq, Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, yaralı şəxslərdən ikisinin – Fatimə Qasımova və Əlfəddin Əlhüseynovun vəziyyəti ağırdır.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.