Bakıda zəncirvari qəza: Yaralı varbackend

Bakıda zəncirvari qəza: Yaralı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda zəncirvari yol qəzası baş verib.

NOCOMMENT.az Report-a istinadən xəbər verir ki, hadisə Türkiyənin Azərbaycandakı səfirliyinin yaxınlığında, Səməd Vurğun və Abbasqulu ağa Bakıxanov küçələrinin kəsişməsində qeydə alınıb.

İlkin ehtimala görə, “BMW” və “Şevrolet” markalı minik avtomobilləri toqquşub, nəticədə BMV zərbənin təsirindən yolun əks istiqamətinə çıxaraq “KİA” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Hadisə zamanı bir nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.