Bakıdakı “Böyük Dəbilqə”yə tamaşaçılar buraxılacaqmı?backend

Bakıdakı “Böyük Dəbilqə”yə tamaşaçılar buraxılacaqmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda ənənəvi olaraq keçiriləcək cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turnirinə tamaşaçılar buraxılmayacaq.

NOCOMMENT xəbər verir ki, bu barədə oxu.az-a Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı məlumat verib. O bildirib ki, pandemiya ilə əlaqədar olaraq yarışın keçirildiyi Heydər Əliyev İdman Konsert Kompleksinə tamaşaçıların buraxılması mümkün deyil.

Qeyd edək ki, “Böyük Dəbilqə” 5-7 noyabr tarixlərində keçiriləcək. Bu yarışda 31 ölkədən 203 cüdoçunun iştirakı nəzərdə tutulub.