Bakının Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Miəcik ərazisində yerləşən qəbiristanlıq açıq səma altındakı incəsənət muzeyini xatırladır.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, buradakı qəbirlərin bəziləri rəngarəng, bəzilərinin isə üzərində bəzi peşələrin təsvirləri əks olunub.
17-18-ci əsrə aid olan bu qəbristanlıqdakı məzarlar memarlar tərəfindən işlənilir. Məzarlar hazırlanarkən qəbristanlıqdakı ilanlar və quşlar da nəzərə alınır.
Qədim məzarların sahiblərinin nəvə-nəticələri tərəfindən daim yeniləndiyi, rəngləndiyi, bərpa edildiyi bildirilir.
Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir.