Bakıdakı əcaib zolaq niyə silinmir? – FOTObackend

Bakıdakı əcaib zolaq niyə silinmir? – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkəmizdə yol hərəkətinin təşkili ilə bağlı müəyyən qüsurlar var.

NOCOMMENT xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı Bakının Rəşid Behbudov prospektində avtobus üçün iki zolaq ayrılması haqda danışarkən deyib.

O bildirib ki, bu qüsurlar təkcə sözügedən küçədə deyil: “Həmin ərazidə avtobus zolağı vaxtilə çox enli çəkilib. Çünki orada parklanma üçün şərait də nəzərdə tutulmuşdu. Sonradan parklanma tamamilə ləğv edildi. Avtobus zolağı isə yolun tam sağ hərəkət hissəsinə yerləşdirildi. Görünür, əvvəlki xətt silinməyib. Yəqin ki, bundan sonra problem həllini tapar. Sürücülər bilməlidirlər ki, həmin yolda yalnız ən sağ, səkiyə paralel olan zolaq avtobus zolağı sayılır. Digər zolaq heç bir məsuliyyət yaratmır. Orada rahat hərəkət edə bilərlər”.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev isə bildirib ki, sözügedən problem işin icrası zamanı yol verilən nöqsandır: “Problemin aradan qaldırılması üçün göstəriş verilib”.