Bakıdakı intiharın ŞOK TƏFƏRRÜATI: Eyvanın qapısını açıb və…backend

Bakıdakı intiharın ŞOK TƏFƏRRÜATI: Eyvanın qapısını açıb və…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, bu gün Binəqədi rayonu, S.S.Axundov küçəsində intihar hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, intihar edən 1983-cü il təvəllüdlü Məmmədzadə Səbinə Adil qızı ilə bağlı bəzi məlumatlar əldə edilib.

Belə ki, çoxmərtəbəli binanın 5-ci mərtəbəsindən özünü atan 35 yaşlı qadının psixoloji problemləri olub. Hadisə zamanı onun əlində paltarla dolu çanta və ayağında gündəlik geyindiyi “krasofka” olub.

Ehtimal edilir ki, o, eyvanın qapısını açıb, sanki, evdən çölə çıxırmış kimi hərəkət edib. Yəni, intihar etmək fikri olmayıb.

Məlumata görə, Səbinənin yaşlı anası və bir oğlu var. Oğlu nənəsi ilə birlikdə Ayna Sultanovada ünvanında yaşayır.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.
Publika.az