Bakıdakı iranlı casusa hökm oxundubackend

Bakıdakı iranlı casusa hökm oxundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Casusluqda ittiham olunan İran vətəndaşı Astana Babək Süleymanın cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

NOCOMMENT.az xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

İttihamda deyilir ki, Astan Babak hüquqşünaslıq ixtisası üzrə təhsil alıb. O, İrandan Azərbaycana ali təhsil almaq istəyən tələbələrə bələdçilik adı ilə Bakıya gəlib-gedirmiş. Azərbaycanda olduğu müddətdə yaranmış fürsətdən istifadə edərək ölkədəki hərbi hissələrin və digər strateji obyektlərin yerini öyrənərək İran xüsusi xidmət orqanlarına ötürüb.

Təqsirləndirilən şəxs sonuncu dəfə Naxçıvan şəhərində hotellərdən birində İran xüsusi xidmət orqanlarına məlumat ötürərkən Dövlət Təhlükəsizliyi Xidməti Tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmənin hökmü ilə Astana Babək Süleyman verilmiş ittihamla təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib (qafqazinfo).