Bakıdakı məktəblər dezinfeksiya olunub? – RƏSMİbackend

Bakıdakı məktəblər dezinfeksiya olunub? – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumi təhsil müəssisələrində əyani tədrisə keçid dövrünə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərdə dezinfeksiya işləri həyata keçirilib.

BŞTİ-dən NOCOMMENT.aza verilən məlumata görə, həmçinin təhsil müəssisələri virus əleyhinə qoruyucu vasitələr, dezinfeksiyaedici maddələr və temperatur ölçən cihazlarla təmin edilib, məktəblərin həyətyanı ərazilərində ara məsafəsi saxlanılması üçün işarələnmələr aparılıb, maarifləndirici lövhələr yerləşdirilib və sinif otaqlarında partaların düzülüşü müvafiq qaydaların tələblərinə uyğunlaşdırılıb.

Eyni zamanda ümumi təhsil müəssisələrinə mövcud sanitar-epidemioloji vəziyyətlə bağlı vaxtaşırı maarifləndirici təlimatı göstərişlər verilib. Təhsilverənlərin və təhsilalanların sağlamlıqlarını qorumaları üçün şəxsi gigiyena qaydalarına ciddi riayət edilməsi tövsiyə olunub.

Qeyd edək ki, BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil olunur. Pandemiya səbəbindən BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin fəaliyyətində fasilə yarandığı dövrdən mütəmadi olaraq dezinfeksiya işləri və müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilib. Ümumi təhsil müəssisələrinin əyani tədrisə hazırlığı istiqamətində digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi də davam etdirilməkdədir.

Qeyd edək ki, sabahdan Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərləri, Abşeron rayonunun ərazisində yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində əyani tədris forması qismən bərpa ediləcək.