Bakıdakı tikinti işi qorxu yaratdı: çökmə yaradır? – FOTObackend

Bakıdakı tikinti işi qorxu yaratdı: çökmə yaradır? – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi 7A ünvanında yerləşən yaşayış binasının zirzəmi sahəsində kafe-restoran açmaq üçün təmir-tikinti işlərinin aparıldığı deyilir.

NOCOMMENT.az xəbər verir ki, ölkə.az-ın məlumatına görə, sakinlər istismar müddəti başa çatmaqda olan binaya (1964-cü ildə inşa edilib) təhlükə yarandığını, artıq birinci mərtəbənin eyvan hissəsində çat və ya çökmə əlamətinin göründüyünü bildirirlər.

Onların sözlərinə görə, əvvəl zirzəminin təxminən 1 metr olan hündürlüyü indi 3 metrə qədər yüksəlib. Obyekt sahibinin zirzəmi sahəsinin divarlarını söküb onu çölə qədər genişləndirəcəyi ehtimal edilir. Zirzəminin üzərindəki mənzillər isə artıq qeyri-yaşayış sahələrinə çevrilib. Sakinlər təmir-tikinti zamanı 30-40 yük maşını ilə daş və beton qırıntılarının daşındığını müşahidə etdiklərini deyirlər.

Sakinlər Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Yasamal Rayon İcra Hakimiyyətinə kollektiv məktubla müraciət etdiklərini, Komitənin baxış zamanı nöqsan aşkar etmədiyini bildirirlər.

Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətindən ölkə.az-ın sorğusuna cavab olaraq bildirildi ki, qurum nümayəndələri hazırda sözügedən əraziyə baxış keçirir.