Bakıdakı Zəfər abidəsinə görə bina SÖKÜLÜRbackend

Bakıdakı Zəfər abidəsinə görə bina SÖKÜLÜR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhəri, Xətai rayonunda Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən çoxmərtəbəli bina söküləcək.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, bu barədə Xətai Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, bina Zəfər abidəsi kompleksi ilə bağlı görüləcək işlər çərçivəsində, dövlət sifarişi əsasında sökülür.

Rəsmi məlumata görə, köçürülmə ilə bağlı komissiya yaradılıb, kompensasiyanın məbləği müəyyənləşdirilib.

Həmçinin, binanın ərazinin ümumi görünüşünə xələl gətirdiyi də vurğulanıb.