Bakıdan Lerikə gedən sərnişinlər cərimə ediliblər – Sürücü Məhkəmədə – FOTObackend

Bakıdan Lerikə gedən sərnişinlər cərimə ediliblər – Sürücü MəhkəmədəFOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Karantin qaydalarını pozaraq Bakıdan Lerik rayonuna paytaxt qeydiyyatında olan sərnişinləri aparmaq istəyən
avtobus sürücüsü saxlanılıb, sərnişinlər cərimə ediliblər.

Daxili İşlər Nazirliyindən NOCOMMENT.az-a bildiriblər ki, karantin qaydalarını pozaraq Bakı şəhərindən bölgələrə sərnişinlərin hərəkətinə şərait yaradan daha bir sürücü polis əməkdaşları tərəfindən saxlanılıb. Həyata keçirilən tədbir nəticəsində bu qanunsuz fəaliyyətlə məşğul olan Bakı şəhər sakini Nizami Ayvazov idarə etdiyi “Skayner” markalı sərnişin avtobusu ilə paytaxt qeydiyyatında olan sərnişinləri Lerik rayonuna aparmaq istəyən zaman Bakı-Qazax yolunun 65-ci kilometrliyində quraşdırılan xüsusi karantin postunda yol polisləri tərəfindən saxılanılıb.

Qeyd edək ki, sürücü əvvəlcə avtobusla postda olan yük maşınları üçün nəzərdə tutulan zolaqdan keçməklə yoxlamadan yayınmaq istəyib. Daha sonra postda xidmət apatran yol polisləri tərəfindən sürücü məcburi qaydada saxlanılıb. Nəqliyyat vasitəsinin salonuna baxış zamanı 40 nəfər bir-biri ilə yaxın qohumluq münasibətində olan paytaxt qeydiyyatında olan sərnişinin karantin qaydalarını pozaraq Lerik rayonuna getmək istədikləri məlum olub. Avtobusda olan şəxslərdən 14-ü yetkinlik yaşına çatmayan azyaşlılar olub. İstirahət məqsədi ilə yaxın qohumlarını və ailəsini bir yerə cəmləyərək avtobus sifariş verən və tədbiri təşkil edən Fikrət Əliyev və digər 25 sərnişin barəsində inzibati qaydada protokol tərtib edilərək onlar cərimə olunublar. Sürücü Nizami Ayvazov barəsində isə inzibati qaydada qərar qəbul edilməsi Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsində toplanan materiallar məhkəməyə göndərilib.

Daxili İşlər Nazirliyi bir daha karantin qaydalarını pozaraq bölgələrdən paytaxta və əks istiqamətdə qanunsuz yolla sərnişin daşıyan sürücülərə bir daha xəbərdarlıq edərək onlardan Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi bütün qaydalara riayət etməyi tələb edir. Əks halda həmin sürücülər polis əməkdaşları tərəfindən müəyyən edilərək barələrində ciddi intizam tədbirləri görüləcəkdir.