Bakıdan Lerikə gedənlər qəzaya düşdü: xəsarət alan 7 nəfərin son durumu açıqlandı / ADLARbackend

Bakıdan Lerikə gedənlər qəzaya düşdü: xəsarət alan 7 nəfərin son durumu açıqlandı / ADLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

31.12.2025-ci il tarixində saat 10:15 radələrində Lerik rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 7 nəfər (1-i qadın, 6-sı kişi) olmaqla Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə NOCOMMENT.az -a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozları təyin olunub.

Hazırda pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.

***

Lerik rayonunda baş verən qəzada xəsarət alanlar rayon sakinləridir.

Lənkəran rayon mərkəzi xəstəxanasından NOCOMMENT.az -ın Cənub bürosuna verilən məlumata görə, 7 nəfər xəstəxananın təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Xəsarət alanlar Lerik rayon sakinləridir. Bunlar 1985-ci il təvəllüdlü Hakim Mirzəyev, 2006-cı il təvəllüdlü Kənan Salmanov, 2000-ci il təvəllüdlü Mehman Babazadə, 1998-ci il təvəllüdlü Sərxan Ağazadə, 1998-ci il təvəllüdlü Səma Ağazadə, 1965-ci il təvəllüdlü Fərhad Səlimov və sürücü 1990-cı il təvəllüdlü Pərvaz Məmmədovdur.

Onların hər birinə zəruri ilkin tibbi xidmətlər göstərilib və müalicələri xəstəxananın müvafiq şöbəsində davam etdirilir.

Qeyd edək ki, yol nəqliyyat hadisəsi bu səhər Lənkəran-Lerik magistralının 53-cü km-də baş verib.

***11:58

Lerik rayonunda yol nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, hadisə səhər saatlarında Lerik rayonu ərazisində qeydə alınıb.

Belə ki, Lerik istiqamətində hərəkətdə olan “Mercedes Vito” markalı avtomobil idarəetməni itirib və dərəyə aşıb. Avtomobildə olan sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

6 nəfər kişi cinsli şəxs Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

İlkin məlumata görə, onlar Bakıdan Lerikə gedirmişlər.

Faktla bağlı araşdırma aparılır.

Əlavə məlumat veriləcək.

Foto əlavə olunub