Bakıdan Naxçıvana göndərilən yüklər Bakı Hava limanında saxlanılıb – SƏBƏBİbackend

Bakıdan Naxçıvana göndərilən yüklər Bakı Hava limanında saxlanılıbSƏBƏBİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı-Naxçıvan-Bakı və Türkiyə-Azərbaycan istiqamətində yüklərin daşınması ilə məşğul olan “Sürət Karqo” şirkətinin işində problemlər yaranıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə yükləri gecikən vətəndaşlar redaksyamıza müraciət ediblər. Belə ki, oktyabrın 9-u olmasına baxmayaraq 6 oktyabr tarixində Naxçıvana göndərilən yüklər hələ də mənzil başına çatmayıb. Hansı ki, karqo şirkəti Naxçıvana 1 günə çatdırılma xidmətini həyata keçirildiyini vəd edir.

Karqo Sürət şirkətindən redaksiyamıza verilən məlumata görə gecikmələrə səbəb Bakıdan Naçıvana həyata keçirilən uçuş reyslərinin sayının azaldılmasıdır:

“Bakı Hava limanından Naxçıvana həyta keçirilən reyslərin sayı 7-dən 4-ə qədər endirilib. Məhz bu səbəbdən bağlamaların hamısını göndərmək mümkün olmayıb”, – deyə karqo şirkətindən bildiriblər.

Şirkətdən həmçinin bildirilib ki, göndərilən yüklərin arasında yeyinti məhsulları olarsa və gecikmə səbəbindən xarab olduqda, bu şirkət tərəfindən ödəniləcəkdir.

Qeyd edək ki, Sürət Kargo MMC Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əldə etdiyi lisenziya ilə həm ölkədaxili, həm də beynəlxalq poçt bağlamalarının daşınmasını həyata keçirir.