Bakıdan Zaqatalaya toya gedən 35 yaşlı kişi dəm qazından ölüb – YENİLƏNİBbackend

Bakıdan Zaqatalaya toya gedən 35 yaşlı kişi dəm qazından ölüb – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıdan Zaqatalaya toya gələn 35 yaşlı kişinin meyiti qohumunun mənzilində aşkarlanıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, hadisə günorta saatlarında Zaqatala şəhəri Cəfər Cabbarlı küçəsində dördmərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki mənzildə qeydə alınıb.

Əslən Zaqataladan olan, Bakı şəhərində yaşayan 35 yaşlı Anar Abdullayevin meyiti qohumuna məxsus mənzilin hamamının qarşısında aşkar olunub.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

A.Abdullayev üç gün öncə yaxın qohumlarının toy məclisində iştirak etmək üçün Bakıdan Zaqatalaya gəldiyi, dünən toyda iştirak etdiyi bildirilir.

***

16.33

Zaqatalada 35 yaşlı kişi dəm qazından boğulub.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, hadisə günorta saatlarında Zaqatala şəhəri Cəfər Cabbarlı küçəsində yerləşən evdə baş verib.

İlkin məlumata görə, 1990-cı il təvəllüdlü Anar Abdullayevin meyiti yaşadığı evin hamamında aşkar edilib. Onun dəm qazından boğulduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.