“BakıKart” tətbiqindən edilən ödənişlər niyə gec yüklənir? – AÇIQLAMAbackend

“BakıKart” tətbiqindən edilən ödənişlər niyə gec yüklənir? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətəndaşlar “BakıKart” tətbiqindən edilən ödənişlərin karta gec yüklənməsindən narazılıq edir. Onlar tətbiq üzərindən pul köçürdükdə saatlarla ödənişin karta köçməsini gözlədiklərini deyirlər.

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasovun sözlərinə görə, “BakıKart” tətbiqinin istifadəsi insanlara həddən artıq qarışıq gəlir:

““BakıKart”da yaranan gecikmələrin səbəbi orada qurulan iş axını prosesinin düzgün qurulmamasından qaynaqlana bilər. Ümumiyyətlə, bu tətbiq insanlara həddən artıq qarışıq gəlir. Bir karta pul yükləmək üçün tətbiqə fikri kifayət qədər qarışdıracaq iş axınları qoyublar, hansı ki, bunların heç birinə ehtiyac yoxdur. Bu əməliyyat sadə olmalıdır. Gecikmələr daha çox bank kartlarından birbaşa “BakıKart”-a pul köçürülərkən baş verir. Ola bilər ki, burada arxitektura düzgün qurulmayıb və ya bankın API-larında filterlər var. Hər bir halda bu həllediləndir. Hətta bu tətbiqə də ehtiyac yoxdur. Ölkədə kifayət qədər ödəmə sistemi, bank həlləri var. Bunlara inteqrasiya etmək olardı. “BakıKart”ın özünün bir həllinin olmağındansa, ölkədəki “Fintech”lərə, ödəmə sistemləri yaradan tətbiqlərə inteqrasiya gözləyirik. Korporativ biznes həlləri daha operativ olur”.

Sədrin sözlərinə görə, ölkədə nəqliyyat sisteminin vahid yanaşması olmalıdır:

“Ölkədə nəqliyyat sisteminin vahid yanaşması, vahid tətbiqi olmalı idi. Hər xırda əməliyyat üçün ayrı-ayrı tətbiqlərə ehtiyac yoxdur. Yaxşı olar ki, vahid sistemlər olsun, yaxud beynəlxalq sistemlərə inteqrasiya üzərində iş görülsün. “Google”nin də bu istiqamətdə həlli var. “Google” ödəniş sisteminin nəqliyyat üçün bölməsi var ki, bundan yararlanmaq olardı. Həmçinin bir neçə alternativ – yalnız kartla deyil, viza və bank kartları ilə də ödəniş nəzərdə tutulmalıdır. Ölkəyə turistlər də gəlir. COP29-da da çox sayda turist gələcək. Hər kəsin gedib kart alması o qədər də məntiqli deyil”.