Bakının bəzi küçələrində sıxlıq varbackend

Bakının bəzi küçələrində sıxlıq var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının əsas küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq var.

Bakı Nəqliyyat Agentliyindən (BNA) NOCOMMENT-ə verilən məlumata görə, Bakı-Sumqayıt şosesi Xırdalan dairəsinin tam yanından başlayaraq, bütün şose boyunca, 20 Yanvar dairəsi istiqamətində çox güclü sıxlıq müşahidə olunur.

Bundan başqa, Qara Qarayev prospekti, əsas yol və köməkçi yol (Neftçilər metro stansiyasından başlayaraq Koroğlu metro stansiyası istiqamətində), Yavər Əliyev küçəsi (Aeroport şosesinə çıxan yol), Zabrat şosesi (Zabrat dairəsi istiqamətindən, əsasən Sabunçu Rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində), Mikayıl Əliyev küçəsi (Heydər Əliyev prospekti – Köməkçi yol istiqamətində), Binəqədi şosesi (Əsasən, Biləcəri–Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində) sıxlıq müşahidə edilir.