Bakının bir rayonunda suyun verilməsində fasilə yaranacaqbackend

Bakının bir rayonunda suyun verilməsində fasilə yaranacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Nizami rayonunu içməli su ilə təchiz edən magistral xətdə aparılacaq təmir və bərpa işləri ilə əlaqədar mayın 27-də səhər saatlarından axşamadək rayon ərazisinə suyun verilməsində fasilə yaranacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Report” Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən məlumat yayıb.

“Təmir işləri yekunlaşdırıldıqdan sonra suyun əvvəlki rejimlə verilməsi təmin ediləcək”, – ADSEA bildirir.