Bakının bu küçə və prospektlərində tıxac var – SİYAHIbackend

Bakının bu küçə və prospektlərində tıxac var – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhər saatlarında Bakının bir sıra küçə və prospektlərində sıxlıq müşahidə olunur.

Bakı Nəqliyyat Agentliyindən NOCOMMENT-ə verilən məlumata görə, tıxac olan yollar aşağıdakılardır:

– Ziya Bünyadov prospekti – əsas yol: Ələsgər Qayıbov küçəsi ilə kəsişmədən başlayaraq 20 Yanvar dairəsi istiqamətində sıxlıq var;

– Bakı-Sumqayıt şosesi – Xırdalan dairəsi istiqamətindən başlayaraq avtovağzal metro stansiyasının yaxınlığına qədər 20 Yanvar dairəsi istiqamətində sıxlıq var;

– Binəqədi şosesi – əsasən, Biləcəri-Baksol yolu ilə kəsişməyə qədər şəhər istiqamətində sıxlıq müşahidə olunmaqdadır, sıxlıq başlayan hissədə heç bir küçə kəsişməsi yoxdur;

– Heydər Əliyev prospekti – əsas yol və köməkçi yol: Koroğlu metro stansiyasını keçdikdən sonra, Bağırov körpüsü istiqaməti, eyni zamanda şəhər mərkəzi istiqamətində sıxlıq var.