Bakının bu rayonunda işıq probleminin həlli üçün 4,5 milyon manat ayrılıbbackend

Bakının bu rayonunda işıq probleminin həlli üçün 4,5 milyon manat ayrılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtın Xəzər rayonunda 35/6 kV-luq 2×10 MVA gücündə “455” saylı yarımstansiya yenidən qurulacaq.

NOCOMMENT.az xəbər verir ki, “Azərişıq” ASC bununla bağlı hazırlıqlara başlayıb.

Qurum yarımstansiyanın yenidənqurulması və mövcud şəbəkə ilə əlaqələndirilməsi (giriş-çıxış xətlərinin yeni yarımstansiyaya köçürülməsi) işlərini “Amfa Construction” şirkətinə həvalə edib.

Bununla bağlı “Azərişıq”la şirkət arasında dəyəri 4 442 291,61 manat olan müqavilə bağlanılıb.