Bakının bu rayonunun bəzi küçələrində hərəkət tam məhdudlaşdırılacaqbackend

Bakının bu rayonunun bəzi küçələrində hərəkət tam məhdudlaşdırılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 6-da saat 08:00-dan avqustun 8-də saat 20:00–a qədər Bakının Yasamal rayonunun Zivərbəy Əhmədbəyov küçəsinin, Salatın Əsgərova küçəsindən Abbasquluağa Bakıxanov küçəsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

NOCOMMENT xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumata görə, buna səbəb aparılacaq təmir işləridir.

Agentlik sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, edilən tarixlərdə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edib.