Bakının dörd ünvanında qazanxanalar söküləcək.
NOCOMMENT.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, “Azəristiliktəchizat” ASC bununla bağlı hazırlıqlara başlayıb.
Qeyd edilib ki, Yasamal rayonunun Tağı Şahbazi küçəsində 141 saylı, Səbail rayonunun Badamdar qəsəbəsi, T.Məmmadov 8 küçəsində 505 saylı, Nizami rayonunun Ə.Vəlivev 3 küçəsində 537 saylı, Nərimanov rayonunun Kaveroçkin 34 küçəsində 72 saylı mövcud qazanxanalar söküləcək.
Həmçinin bildirilib ki, qazaxanalar yenidən inşa olunacaq.
ASC qazanxanaların sökülərək yenidən tikintisi işlərinə 1 milyon manata yaxın vəsaitin sərf olunacağını proqnozlaşdırıb.