11:46
Bakıda güclü yanğın qeydə alınıb.
NOCOMMENT.az -ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, paytaxtın L. Tolstoy 7 küçəsində yaşayış evlərindən birində güclü yanğın başlayıb. Daha sonra partlayış səsi eşidilib.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidə olsa da yollarda saxlanılan avtomobillər səbəbindən hadisə yerinə yaxınlaşa bilmirlər. Yanğın davam edir.
***
17.02.2026-cı il tarixində saat 11:47 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Səbail rayonu, L. Tolstoy 7 küçəsindən yanğın baş verməsi səbəbilə çağırış qeydə alınıb.
Bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi məlumat yayıb.
Bildirilib ki, çağırış ünvanına 5 təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 63 yaşlı (qadın) bədənin müxtəlif nahiyələrinin II-III dərəcəli termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub.
Hadisə yerindən görüntüləri təqdim edirik:


Sara
NOCOMMENT.az










