Bakının hansı küçələrinin bağlı olacağı ilə bağlı AÇIQLAMAbackend

Bakının hansı küçələrinin bağlı olacağı ilə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi sabah 27 sentyabrda anım günüylə əlaqədar Bakının bir sıra küçə və prospektində avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq.

NOCOMMENT.az xəbər verir ki, moderator.az-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov Bakı şəhərində bağlanacaq küçə və prospektlərin adlarını açıqlayıb:

“27 sentyabr tarixində paytaxt Bakı şəhərində anım günüylə əlaqədar keçiriləcək tədbirlərdə təhlükəsizliyin təmin edilməsi üçün Neftçilər prospekti ilə Azadlıq meydanından Ağ şəhər bulvarı istiqamətində kəsişən, bitişən və paralel olan küçə və prospektrlərdən avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcəkdir.

Yəni səhər saat 6:30-dan 14:00-dək Afiyyədin Cəlilov, Yusif Səfərov, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Rixard Zorge, Şövkət Səfərəliyeva, Niyazi və Mehdi Hüseyn küçələri, Azadlıq və Neftçilər prospektləri, eləcə də Azneft meydanından avtomobillərin hərəkətinə tam məhdudiyyət tətbiq ediləcəkdir.

Həmçinin Bakı-Salyan yolunun 14-cü kilometrliyindən Bayıl 20-ci sahə qəsəbələri yanından isə avtomobillərin hərəkət istiqaməti dəyişdirilir. Saat 12:00-da isə ölkə üzrə bir dəqiqəlik sükut elan ediləcəkdir”.