Bakının mərkəzində çoxmərtəbəli binanın damı uçdu – FOTO/VİDEObackend

Bakının mərkəzində çoxmərtəbəli binanın damı uçdu – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının “Tarqovaya” adlanan ərazisində 10 mərtəbəli binanın damının bir hissəsi dağılıb.

NOCOMMENT xəbər verir ki, bununla bağlı bina sakinləri oxu.az-a görüntülər və məlumat göndəriblər.

Bildirilib ki, damın bir hissəsinin uçması nəticəsində bir neçə mənzilə ziyan dəyib: “Mərtəbələrarası döşəmə və örtüklər taxdadandır. İndi havanın rəhminə qalmışıq. Məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinə yazılı müraciət etmişik. Konkret cavab ala bilməmişik”.

Sakinlər qarşıdan payız mövsümünün gəldiyini və yağışların yağacağını, nəticədə digər mənzillərə də ziyan dəyəcəyini bildiriblər.