Bakının mərkəzində əcnəbi işçilərin sakinlərə daş atdığı deyilən söküntü ilə bağlı AÇIQLAMAbackend

Bakının mərkəzində əcnəbi işçilərin sakinlərə daş atdığı deyilən söküntü ilə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səbail rayonu, Mikayıl Useynov küçəsi (keçmiş Neftçilər prospekti) 14 ünvanında yerləşən yaşayış binasının qəzalı vəziyyətdə olması ilə əlaqədar müvafiq qurumun aktı mövcuddur və həmin binada yaşayan sakinlərin köçürülməsi ilə bağlı sərəncam təsdiq edilib.

NOCOMMENT.az bildirir ki, bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Səbail Rayon İcra Hakimiyyətindən verilib.

“Məlumat üçün qeyd edirik ki, hazırda köçürülən mülkiyyətçilər həmin mənzillərin qapı və pəncərələrini (tikinti materialları) özləri ilə daşıyıblar. Əlavə olaraq bildiririk ki, sözügedən ünvanda Səbail Rayon İcra Hakimiyyəti tərəfindən hər hansı söküntü işləri aparılmayıb”, – deyə məlumatda vurğulanır.

16:09

Bakının Səbail rayonu, Mikayıl Hüseynov küçəsi, 14 ünvanında yerləşən binada aparılan söküntü işləri ilə bağlı səsləndirilən iddialara Bakı Şəhər İcra Hakimiyyəti cavab verib.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ərazidə qurumun əməkdaşları tərəfindən heç bir iş aparılmır.

15:02

Bakının Səbail rayonu, Mikayıl Hüseynov küçəsi, 14 ünvanında yerləşən binada artıq bir neçə həftədir ki, qeyri-rəsmi söküntü işləri davam edir.

Yerli sakinlərin Oxu.Az-a verdikləri məlumata görə, Bakı Şəhər İcra Hakimiyyəti söküntü işlərini yalnız yerli işçilərlə deyil, həm də hökumət portalında qeydiyyatsız çalışan əcnəbi vətəndaşlarla həyata keçirir.

23 may tarixində binada söküntü işlərini videoya çəkməyə çalışan sakinin orada işləyən əcnəbi vətəndaşların təhqir və fiziki təhdidlərinə məruz qaldığı, hətta ona daş da atıldığı iddia edilir.