Bakının mərkəzində yanğın baş veribbackend

Bakının mərkəzində yanğın baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində yanğın baş verib.

NOCOMMENT.az Report-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 70 kv.m. olan üçotaqlı mənzilin eyvanında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində mənzilin eyvanının plastikdən ibarət qapı və pəncərəsi və eyvana yerləşdirilmiş paltaryuyan maşın yanıb.

Mənzil yanğından mühafizə olunub. Xəsarət alan yoxdur.