Bakının mərkəzində yeni parkinq QİYMƏTLƏRİ: Günü 30 manat – FOTObackend

Bakının mərkəzində yeni parkinq QİYMƏTLƏRİ: Günü 30 manat – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Dəmir Yolu Vağzalının Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində yerləşən avtodayanacaq stansiyasında parklanma tarifləri müəyyənləşib.

NOCOMMENT.az moderator.az-a istinadən xəbər verir ki, qiymətlər parklanma müddətinə əsasən müəyyən edilir.

Bildirilir ki, ilk 15 dəqiqə sürücülər üçün pulsuzdur.

Parklanma qiymətləri aşağıdakı kimidir :

15-30 dəqiqə – bir manat,

30-60 dəqiqə – iki manat,

1-2 saat – dörd manat,

2-3 saat – altı manat,

3-5 saat – 10 manat,

5-7 saat – 14 manat,

7-10 saat – 18 manat,

10-15 saat – 22 manat,

15-20 saat – 26 manat,

20-24 saat – 30 manat.

Növbəti sutka üçün isə 30 manat nəzərdə tutulur.