Bakının qaytardığı mayor həbs edildibackend

Bakının qaytardığı mayor həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın azad edərək, geri qaytardığı erməni mayor Narek Yeremyan barəsində prokurorluğun təqdimatı ilə İrəvan Apellyasiya Məhkəməsi 2 aylıq həbs qərarı verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə erməni mediasına açıqlamasında N.Yeremyanın vəkili Karmen Poqosyan deyib.

Bildirilib ki, ilkin məhkəmə instansiyasında batalyon komandirinin müavini, mayor N.Yeremyanın həbsi ilə bağlı prokurorun iddiası təmin edilməyib.

İttihamı qəbul edən N.Yeremyan hərbi xidmət qaydalarının pozulmasında günahlandırılır.

Qeyd edək ki, N.Yeremyan Azərbaycan Ordusunun 16 noyabrda sərhəddəki toqquşmalarda əsir götürdüyü zabitlərdən biri idi.
yenisabah