Bakının üç rayonunda suyun verilməsində fasilə yaranacaqbackend

Bakının üç rayonunda suyun verilməsində fasilə yaranacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 3-ü saat 10:00-dan 00:00-a qədər Bakının Xətai, Səbail, Nəsimi rayonlarının bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Məlumata görə, 00:00-dan etibarən suyun mərhələli şəkildə verilməsi həyata keçiriləcək.

Suyun verilməsində fasilə xətlərdə aparılacaq təmir işləri ilə əlaqədardır.