Bakının yeni Baş planının dəyəri açıqlandıbackend

Bakının yeni Baş planının dəyəri açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının icrasına ümumilikdə 93,6 milyard manat vəsaitin yönəldilməsi nəzərdə tutulur

NOCOMMENT.az  qaynarinfo-ya istinadən verir ki, bu, Baş planda əksini tapıb

Sənədə əsasən, bunun 60,5 milyard manatı dövlət büdcəsindən ayrılacaq, qalan 33,1 milyard manatı isə özəl sektorun payına düşəcək

Baş plana əsasən, bu vəsait 5 istiqamətdə tədbirlərin həyata keçirilməsinə yönəldiləcək. Şəhər ərazisinin inkişafı üçün 47,6 milyard manat, nəqliyyat infrastrukturunun inkişafı üçün 16,9 milyard manat, mühəndis-kommunikasiya sistemlərinin inkişafı üçün 15,32 milyard manat, bərpa olunan enerji mənbələrinin inkişafı üçün 4,3 milyard manat və ətraf mühitin qorunması tədbirləri üçün 9,5 milyard manat məbləğində vəsait tələb olunur.