“Bakıya bir saat vaxt vermişik” deyib lovğalanan erməni general biabır oldubackend

“Bakıya bir saat vaxt vermişik” deyib lovğalanan erməni general biabır oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin müavini general-mayor Edvard Asryan Azərbaycan tərəfinin altı erməni terrorçunun zərərsizləşdirilməsinə həsr olunmuş brifinq zamanı təmsil etdiyi dövlətin regiondakı mövqeyini və çarəsizliyini açıq şəkildə ortaya qoyan açıqlamalar verib.

NOCOMMENT.az Oxu.az-a istinadla xəbər verir ki, erməni general rəsmi Bakıya zərərsizləşdirilən terrorçuların qaytarılması üçün bir saat vaxt verildiyini bildirib. Kapitulyant ölkənin rüsvayçı ordusunun rəsmisi üçün olduqca cəsarətli sayıla biləcək bu çıxış daxili auditoriyanı sakitləşdirməyə yönəlsə də, bu sakitlik çox güman ki, Asryan çıxışında növbəti cümləni səsləndirənə qədər davam edib. Belə ki, baş qərargah rəisinin müavini özü də bilmədən təmsil etdiyi ordunun acizliyini ortaya qoyub və verilən bir saatlıq vaxtın artıq başa çatdığını bildirib.

Beləliklə Azərbaycanla təhdid dilində danışmağa cəhd etmiş general cəmi bir neçə saniyə sonra bunun əbəs yerə olduğunu bütün erməni xalqına göstərib.