Bakıya gələnlər beş gündən bir testdən keçiriləcəkbackend

Bakıya gələnlər beş gündən bir testdən keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda keçiriləcək “Formula 1” üzrə Azərbaycan Qran Prisində iştirak etmək üçün ölkəyə gələn komanda üzvləri dərhal koronavirus testindən keçiriləcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə yarışın təşkilatçısı olan “Bakı Şəhər Halqası”nın İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Ayan Nəcəf deyib.

O bildirib ki, iştirakçılar Azərbaycana gəldikdən sonra da testdən keçiriləcək: “Ümumiyyətlə, burada qaldıqları müddətdən asılı olaraq, onlardan hər beş gündən bir test götürüləcək. Həmçinin bizim şirkətin pilotlar və komanda üzvləri ilə təmasda olan əməkdaşları, marşallar da testdən keçiriləcək”.

Qeyd edək ki, Azərbaycanda “Formula 1” yarışı 4-6 iyun tarixlərində keçiriləcək. Yarış “Formula-1”in tələbinə uyğun olaraq, tamaşaçısız keçiriləcək.

Oxu.az