Bakıya gətirilən yaralıların vəziyyəti açıqlandıbackend

Bakıya gətirilən yaralıların vəziyyəti açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanın Aktau şəhərində Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində yaralanan sərnişinlər ötən gün Bakıya gətirilib və “Yeni Klinika”ya yerləşdiriliblər.

NOCOMMENT.az xəbər verir ki, səhiyyə müəssisəsinin mətbuat katibi Nuridə Allahyarova yaralıların vəziyyəti ilə bağlı “Qafqazinfo”ya danışıb.

O bildirib ki, xəstəxanaya ümumilikdə 14 nəfər daxil olub.

“Onlardan biri müalicəsini reanimasiya şəraitində davam etdirir. Vəziyyəti stabil-ağır olaraq dəyərləndirilir. Digər 13 nəfərin vəziyyəti orta ağır və kafi olaraq dəyərləndirilir. Müalicələri stasionar şəraitdə davam etdirilir”, – N.Allahyarova qeyd edib.

Qeyd edək ki, AZAL-a məxsus Bakı-Qroznı reysi ilən uçan “Embraer 190” təyyarəsi dekabrın 25-də Aktau şəhəri yaxınlığında qəza enişi edib. “Euranews”un yaydığı məlumata görə, hadisəyə səbəb təyyarənin Rusiyaya məxsus hava hücumundan müdafiə sistemləri ilə vurulması olub.

Təyyarədə 5 ekipaj üzvü də daxil olmaqla, ümumilikdə 67 nəfər olub. Onlardan 37-ci Azərbaycan vətəndaşıdır. Son məlumata əsasən, Azərbaycan vətəndaşlarından 26-sı qəzada həlak olub.\\Yeniavaz.com