Baklift-in rəisinə hökm oxundubackend

Baklift-in rəisinə hökm oxundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Ağır Cinayətlər Məhkəməsində “Baklift-1” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin rəisi olmuş Taryel Qasımovun cinayət işi üzrə məhkəmə baxışı üzrə məhkəmə prosesi başa çatıb.

NOCOMMENT xəbər verir ki, report-un əldə etdiyi məlumata görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi iclasda hökm oxunub.

Hökmə əsasən T.Qasımova il 5 il 6 ay şərti azadlıqdan məhrumetmə cəzası verilib və Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilib. Onun cəzası 1 il sınaq müddəti ilə şərti hesab edilib.

Qeyd edək ki, Qasımov Taryel Vahab oğlu barədə cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə ittiham verilib.