Bakteriyalı dondurma aşkarlanırsa, satışdan niyə çıxarılmır?backend

Bakteriyalı dondurma aşkarlanırsa, satışdan niyə çıxarılmır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məhsulların geri çağırılması kimi bir qayda var. Hər hansı məhsulda nöqsan aşkarlanıbsa, həmin məhsulun müəyyən partiyası bazardan yığışdırılır.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri axar.az-a AQTA-nın ictimaiyyətlə əlaqələr sektorunun mətbuat katibi İlkin Kərimov ticarət şəbəkələrində satılan dondurmalarla bağlı monitorinqin nəticələri haqqında danışarkən deyib.

O bildirib ki, AQTA keyfiyyətsiz dondurma emalı ilə məşğul olan şirkətləri aşkarladığı zaman müəyyən tədbirlər həyata keçirdir:

“İlk olaraq zərərli məhsullar satışdan yığışdırılır. Məlumatda da qeyd etmişik ki, sınaq nəticələri qənaətbəxş olmayan istehsalçı müəssisələrdə plandankənar yoxlamalar keçiriləcək. Yoxlamanın nəticəsinə uyğun olaraq da qərarlar qəbul olunacaq. Hansısa bir sanksiyaların tətbiqi, digər tədbirlər görüləcək. Nəticələrdən asılı olaraq həmin şirkət haqqında məhdudlaşdırıcı qərərlar verilə bilər. Təkrar belə hal aşkarlansa, təbii ki, sanksiyalar da qoyulur”.

Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ticarət şəbəkələrində satılan dondurmalarla bağlı monitorinq keçirib. 26 istehsalçıya məxsus 69 dondurmadan nümunə götürülüb. Sınaq nəticələrinə əsasən, 4 istehsalçıya məxsus 10 məhsulda insan sağlamlığı üçün təhlükəli hesab edilən bakteriya (Enterobacteriaceae) aşkarlanıb.