Baku Medical Plaza-da qızılca peyvəndi oluna bilərsiniz – Uzman həkimlər müayinə edirbackend

Baku Medical Plaza-da qızılca peyvəndi oluna bilərsiniz – Uzman həkimlər müayinə edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Baku Medical Plaza” klinikalar şəbəkəsi əhalinin sağlamlığının qorunması və qızılca infeksiyasına qarşı yoluxmaların qarşısının alınması məqsədilə vaksinasiya tədbirlərinə başlayıb.

NOCOMMENT.az xəbər verir ki, bununla əlaqədar olaraq Avropa istehsalı olan vaksin preparatları klinikaya gətirilib. Hazırda immunizasiya tədbirlərinin təşkili üzrə işlərə başlanılıb.

Peyvəndlərin vurulması klinikanın müvafiq uzman həkimlərinin ilkin müayinəsindən sonra həyata keçirilir.

Müraciət etmək istəyən vətəndaşlar “Baku Medical Plaza” Klinikasının Babək və 28 May filiallarına yaxınlaşa bilərlər.

Peyvəndlənmə hər gün saat 8:00-dan 17:00-dək aparılır.

“Baku Medikal Plaza” – Sizin və körpələrinizin sağlamlığını düşünərək!

Əvvəlcədən qəbula yazılmaq tövsiyə olunur.

“Baku Medical Plaza” Babək filialı:

Ünvan: Babək prospekti, 92N;

Tel: (+994 12) 404 41 90;

(+994 55) 372 26 57.

“Baku Medical Plaza” 28 May filialı:

Ünvan: R.Behbudov, 389;

Tel: (+994 12) 404 41 90;

(+944 55) 455 86 08;

Qaynar xətt: +994 (12) 909.