BakuBus-ın rəhbəri yenidən dəyişibbackend

BakuBus-ın rəhbəri yenidən dəyişib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin əvvəlindən Bakı Nəqliyyat Agentliyinə (BNA) məxsus BakuBus MMC-yə rəhbərlik edən İlqar İbrahimov vəzifəsindən azad edilib.

NOCOMMENT xəbər verir ki, şirkətə rəhbərlik direktor müavini Azər Qasımova həvalə olunub.

Xatırladaq ki, BakuBus Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb, ölkə prezidentinin 6 iyul 2018-ci il tarixli fərmanı ilə BNA-nın tabeliyinə verilib. Onun nizamnamə kapitalı 30 milyon manatdır. Şirkət paytaxtda avtobuslarla beynəlxalq standartlara uyğun sərnişindaşıma xidməti göstərir.