BakuBus-ın sürücüsü yaşlı piyadanı vurub öldürərək hadisə yerindən qaçıbbackend

BakuBus-ın sürücüsü yaşlı piyadanı vurub öldürərək hadisə yerindən qaçıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“BakuBus” MMC-nin sürücüsü 84 yaşlı piyadanı vurub öldürərək hadisə yerindən qaçıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, hadisə noyabrın 9-da paytaxtın Yasamal rayonunda qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Məmişov Valeh Musa oğlu idarə etdiyi “BakuBus” MMC-yə məxsus marşrut avtobusu ilə hərəkətdə olarkən yolu keçmək istəyən piyada – 1938-ci il təvəllüdlü Dadayev Qesabulla İsgəndər oğlunu vuraraq hadisə yerindən uzaqlaşıb. Nəticədə Q.Dadayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Fakta bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci ( Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb.