Balaca Məhəmməd niyə oğurlanmışdı? – RƏSMİbackend

Balaca Məhəmməd niyə oğurlanmışdı? – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, 10 gündür oğurlanan 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyev tapılıb. Onu oğurlamaqda şübhəli bilinən Gültəkin Muradova və Şamil Əliyev saxlanılıblar.

Bəs onlar 2 yaşlı Məhəmmədi hansı məqsədlə oğurlamışdılar?

NOCOMMENT xəbər verir ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda məsələ ilə bağlı istintaq hərəkətləri aparılır: “Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, uşağın tapılması üçün Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat həyata keçirilib.

İntensiv əməliyyat-axtarış tədbiri nəticəsində 2021-ci il dekabrın 29-da Sabunçu qəsəbəsində oğurlanan 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyev tapılıb.

Onu oğurlamaqda şübhəli bilinən Gültəkin Muradova və Şamil Əliyev saxlanılıblar.