Balakəndə quş sexi yanıbbackend

Balakəndə quş sexi yanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Balakəndə quş sexində yanğın olub.

NOCOMMENT Apa.az-a istinadən xəbər verir ki, yanğın hadisəsi ötən gün axşam saatlarında rayonun Yeni Şərif kəndində Murad Ramazan oğlu Qambarçuyevə məxsus, ümumi sahəsi 112 kv/m olan inkubasiya sexində baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində sexin tavan hissəsinin 40 kv/m-lik sahəsinin yanar konstruksiyaları və sexin içərisində olan 6 ədəd cücə çıxarma aparatından 3-ü içərisində olan yumurtalarla birlikdə yanıb.

Sexin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.