Balakən rayonunun Heydər Əliyev adına mədəniyyət və istirahət parkında yerləşən kanat yolu uzun illərdir fəaliyyət göstərmir. 2008-ci ildə istifadəyə verilən və təxminən 10 il xidmət göstərən kanat yolu texniki nasazlıqlar səbəbindən işləmir.
NOCOMMENT.az xəbər verir ki, uzunluğu 1200 metr olan, 6 kabinədən ibarət bu sistem Avstriya istehsalı olan avadanlıqlarla təchiz edilib və saatda 216 nəfərə xidmət göstərə bilirdi. Lakin artıq 8 ilə yaxındır ki, Balakənin simvollarından sayılan bu turizm obyekti istifadəsiz vəziyyətdə qalıb. Kanat yolunun işləməməsi həm yerli sakinləri, həm də rayona gələn turistləri narahat edir.
Bəs kanat yolunun istifadəsi nə vaxta planlaşdırılır?
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.













