Balanslarınız silindi – “Kapital Bank” əhaliyə XƏBƏRDARLIQ ETDİbackend

Balanslarınız silindi – “Kapital Bank” əhaliyə XƏBƏRDARLIQ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda “Kapital Bank”ın “Birbank” tətbiqində problem yaranıb.

NOCOMMENT.az medianews.az-a istinadən xəbər verir ki, müştərilərin balansı və digər məlumatlar silinib.

Hazırda kartın mobil tətbiqinə daxil olmaq mümkün deyil.

“Kapital Bank”dan verilən məlumata görə, problem aparılan profilaktik tədbirlərlə bağlıdır.

“Hazırsa profilaktik işlər aparılır. Bir neçə dəqiqə çəkə bilər. Səbriniz üçün təşəkkür edirik”, – bankın kart istifadəçilərinə göndərdiyi qısa mesajda bildirilir.

“Kapital Bank”ın Marketinq departamentinin direktoru Günel Fərzəliyeva saytımıza açıqlamasında deyib ki, hazırda profilaktik işlər aparılır: “Bir neçə dəqiqə çəkə bilər. Texniki işlər tamamlanan kimi bərpa ediləcək”.