Balasanyan azərbaycanlı generallara nə söz verdi?backend

Balasanyan azərbaycanlı generallara nə söz verdi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni general Vitali Balasanyan azərbaycanlı generallarla bərabər Laçına və Zabux kəndinə gedib.

NOCOMMENT.az Haqqin.az-a istinadla xəbər verir ki, bu barədə “Aravot” nəşri yazıb.

“Sakinlər kəndin mərkəzində toplaşmışdılar və gördülər ki, Vitali Balasanyan azərbaycanlı generallarla gəlir. Özü də o, ilk dəfə deyil ki, türklərlə belə rahat gəzir. Onun Şuşadakı postlarda onlarla necə mülayim danışdığını görürdük. Azərbaycanlılar isə artıq bizi evlərimizə baxırlar.

Vitali onlara evləri göstərdi və inandırdı ki, heç kim evi dağıtmayacaq və yandırmayacaq, hər şey qaydasındadır. Vəziyyətimizi təsəvvür edirsinizmi?” – deyə nəşr yerli sakin Satik Asatryanın sözlərini sitat gətirir.

Öz növbəsində, erməni tərəfi Vitali Balasanyanın Rusiya sülhməramlıları və Azərbaycan nümayəndələri ilə Laçın və Zabux kəndinə səfərini rəsmi təsdiqləyib.

Məlumatda deyilir ki, səfər 2020-ci ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatın yerinə yetirilməsi çərçivəsində həyata keçirilib.