“Balım bura çatır” prinsipi ilə ixtisas seçmək absurddur!backend

“Balım bura çatır” prinsipi ilə ixtisas seçmək absurddur!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 9-dan ali təhsil müəssələrinə ixtisas seçimi başlayıb. Bu il buraxılış imtahanında yüksək nəticə göstərmiş abituriyentlərin sayı çox olduğundan bir çox valideynlər keçid ballarında ciddi dəyişikliklərin olacağını düşünür. Bu səbəbdən də ixtisas seçimini üçüncü şəxslərin öhdəliyinə buraxırlar.

Qeyd edək ki, indiyədək 63 minə yaxın şəxs elektron ixtisas seçimi ərizələrini təsdiqləyib. Onlardan 17 minə yaxını I qrup, 14 minə yaxını II qrup, 16 mindən çoxu III qrup, 5 minə yaxını isə IV qrupdur.

Bəs ixtisas seçimində abituriyentlərin iştirak etməməsi onların təhsil həyatılarına və təhsil səviyyəsinə necə təsir edir?

NOCOMMENT.az xəbər verir ki, bu barədə Modern.az-a açıqlama verən təhsil eksperti Elnur Aydın bildirib ki, ixtisas seçimi abituriyentin və valideynin tövsiyəsinə bağlıdır:

“Valideyn övladına müəyyən məsləhətlər verə bilər, lakin yekun qərarı abituriyentin ixtiyarına buraxmalıdır. Hansısa ixtisası seçməkdə abituryent üzərində kənar müdaxilələr, təhriklər olmamalıdır. Məsələn bir şəxs sırf valideynləri istəyir deyə stomotoloq ola bilməz, bizim edə biləcəyimiz təhsilin keyfiyyəti və gələcək əmək bazarının düzgün formalaşdırılması üçün ixtisası üzrə yaxşı çalışan fərdlər yetişdirməkdir. Əgər bir insan seçdiyi ixtisası sevmirsə, gələcəkdə o sahədə keyfiyyətli iş görə bilməz”.

Təhsil eksperti onu da qeyd edib ki, valdeynlər, ixtisas seçimi və karyera planlaması üzrə mütəxəssislər məzunlara dəstək vermək istəyirlərsə, onlar uşaqlara ixtisasla bağlı məlumat verməli, hətta övladlarını seçmək istədikləri ixtisasla məşğul olan peşəkarın yanına aparmalıdırlar.

“Bir meyarı əsas tutaraq ixtisas seçimi etmək yanlışdır. Buna görə də işin peşəkarından, o ixtisasın bütün yaxşı və pis tərəflərini bilən insanlardan öyrənmək lazımdır. Ali təhsil müssələrinə qəbul və məzun məsələləri əmək bazarına layiqli işçinin yetişdiriləmis üçündür. Bir abituryent az bal toplaya bilər, amma unurtmaq olmaz ki, onun üçün növbəti il üçün də şans var və bu şansı dəyərləndirmədən “balım bura çatır” prinsipi ilə ixtisas seçmək absurddur. Azərbaycanda bir çox gəncələrin oxuduğu ixtisasda çalışmamalarının səbəblərindən biri də budur. Gələcək həyat və karyeramıza ciddi təsir göstrən ixtisas seçimində valdeynlərin və digər şəxslərin köməyi sadəcə mütəxəssislər ilə uşaqların ünsiyyətinə şərait yaratmaq, ixtisas haqqında məlumat vermək və dataların təhlilində övladlarına kömək olmaqdan ibarət ola bilər. Əks halda gələcəkdə əmək bazarına heç bir xeyri olmayan şəxslər yetişəcək. Bu da gələcəkdə dövlətin də işinə ciddi təsir edir”.