Balıq mövsümü başladı: Zəhərlənməmək üçün nələrə diqqət etməli?backend

Balıq mövsümü başladı: Zəhərlənməmək üçün nələrə diqqət etməli?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Balıq mövsümü başlayanda bazarlarda və mağazalarda təzə balıq bolluğu müşahidə edilir. Bu yaxşı xəbər olsa da düzgün olmayan seçimlər zəhərlənmə riskini artırır. Balıq alarkən və istehlak edərkən diqqət yetirməli olduğumuz bəzi məqamlar var. Balıq alarkən mağazalardan, marketlərdən almaq daha məqsədəuyğundur. Bu yerlərdə məhsullar nisbətən daha ciddi yoxlamalardan keçir. Balıq alanda və istifadə edəndə diqqətli olmalı, onun keyfiyyətinə, saxlanılma şəraitinə və istifadə müddətinə xüsusi önəm verilməlidir. 
 Bəs, yaxşı, təzə balıq seçərkən nələrə diqqət yetirmək mütləqdir?
Məsələ ilə bağlı qida eksperti Asif Vəliyev NOCOMMENT.az-a danışıb:
“İllərdir deyirik ki, balıq sağlam qidadır. Balığın ürək-damar sistemi üçün faydası, beynin inkişafına dəstəyi və orqanizmə lazım olan omeqa-3 yağ turşuları barədə çoxumuz məlumatlıyıq. Amma son illər civə çirklənməsi ilə bağlı xəbərlər narahatlıq doğurur. Balıq orqanizm üçün vacib olan bir çox qida maddələrinin təbii mənbəyidir. Balıqda yüksək keyfiyyətli zülal, D vitamini, yod, selen və omeqa-3 yağ turşuları ilə zəngindir. Xüsusilə omeqa-3 beyinin, gözlərin və sinir sisteminin normal fəaliyyəti üçün əvəzolunmazdır. Əksəriyyətimiz məlumatlıyıq ki, həftədə 2-3 dəfə balıq yemək ürək-damar xəstəlikləri riskini azaldır, qan təzyiqini tənzimləyir, beyinin yaşlanma prosesini ləngidir, hamilə qadınlarda dölün beyin inkişafına müsbət təsir edir. Balığı menyumuza mütləq daxil etməliyik. Təzə bağlığı isə köhnədən seçməyi bacarmalıyıq. Belə ki, təzə balığın dərisinin səthi təmiz, sərt və parlaq olur, az miqdarda şəffaf selik ilə örtülür. Eyni zamanda pulcuqları hamar və parlaq, dərisi isə ətinə möhkəm yapışmış olur, quyruğu sallanmır. Köhnə balıq əti isə yumşaq təbəqəyə malik olur”.
Ekspert əlavə edib ki, digər təhlükə sənaye tullantıları vasitəsilə dənizlərə və çaylara qarışan civə maddəsinin balıqlara hopmasıdır:
“Suda olan civə bakteriyalar tərəfindən daha zəhərli formaya çevrilir və bu maddə balıqların orqanizmində yığılır. Bu isə sinir sisteminə, xüsusilə də uşaqlarda və hamilə qadınlarda inkişaf edən beyin və sinir hüceyrələrinə zərər verə bilər. Uzunmüddətli çox miqdarda qəbul etdikdə yaddaş pozuntusu, diqqət problemləri kimi simptomlar müşahidə olunması mümkündür. Ona görə də, hamilə qadınlar və kiçik uşaqlar üçün bir qədər ehtiyatlı olmaq lazımdır. Onlara civə riski az olan balıqlar seçmək təhlükəsiz olar. Balığı tamamilə menyudan çıxarmaq düzgün deyil. Ancaq hər gün yemək də vacib sayılmır. Omeqa-3 yağ turşularını çia toxumu, kətan yağı və qoz kimi bitki mənbələrindən də almaq olar”, – ekspert yekunlaşdırıb.