Balkanlarda gərginlik artır!backend

Balkanlarda gərginlik artır!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ: Serbiya Kosovo sərhədində misli görünməmiş hərbi güc yığır

NOCOMMENT xəbər verir ki, silahlı qrupun hücumundan sonra Kosovo ilə Serbiya arasında gərginlik artır. ABŞ Serbiyanın Kosovo sərhədində görünməmiş hərbi güc yığdığını bəyan edib və Belqrad administrasiyasından qüvvələrini geri çəkməsini istəyib.
May ayında yerli seçkilərlə başlayan Kosovo ilə Serbiya arasında gərginlik keçən həftə Kosovoda silahlı bir qrup tərəfindən həyata keçirilən hücumda bir polis məmuru və 3 hücumçunun həyatını itirməsi ilə pik həddə çatmışdı.

Kosovonun baş naziri Albin Kurti hadisəni terror hücumu kimi qiymətləndirib və Serbiyanın məsuliyyət daşıdığını bəyan edib. Serbiya prezidenti Aleksandar Vuçiç NATO və Kosovonu “ikiüzlülük”də ittiham edib. “İstəsəniz hamımızı öldürün. Serbiya sizin yaratdığınız canavarın (Kosovonun) müstəqilliyini heç vaxt tanımayacaq”, – Vuçiç deyib.