34 yaşlı Mario Balotelli hazırda klubsuz olsa da, A Seriyasına qayıtmaq istəyindədir.
NOCOMMENT.az xəbər verir ki, o, “Mən istənilən komandaya uyğunam, amma hər komanda mənə uyğun deyil” – deyə qeyd edib.
İtaliyada ideal variant tapmaq ümidi ilə xarici klubların təkliflərini geri çevirən futbolçu belə deyib: “Düzgün seçim etməliyəm”.
Balotelli ona qarşı edilən tənqidlərə də münasibət bildirib: “Məşqçilərlə anlaşmazlıqlar normaldır, lakin mən qalmaqallardan kənar olmuşam və paltardəyişmə otağında problem yaratmamışam”. /Offsideplus.az