Baltikyanı ölkələrin Varşavadakı səfirləri Ukrayna ilə sərhədin daşıyıcılar tərəfindən blokadaya alınması ilə bağlı Polşa hakimiyyətindən narazılıqlarını bildiriblər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Estoniyanın ERR portalı məlumat verir.
Mənbə bildirir ki, Baltikyanı 3 səfir Polşanın İnfrastruktur Nazirliyində demarş keçirib.
Estoniya Xarici İşlər Nazirliyinin sözçüsü Brita Kikas ERR-ə deyib:
“Biz yük maşını sürücülərinin etiraz etmək hüququna hörmət edirik. Amma təəssüf ki, bu, digər daşıyıcılar üçün problemlər və Ukrayna iqtisadiyyatı üçün əlavə çətinliklər yaradan çətin vəziyyətə gətirib çıxardı”.