Bandotdel Məmmədovun evində əməliyyat keçirdi: Silah anbarı aşkarlandıbackend

Bandotdel Məmmədovun evində əməliyyat keçirdi: Silah anbarı aşkarlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları İmişli şəhərində əməliyyat keçirib.

DİN-dən NOCOMMENT-ə verilən məlumata görə, qurumun əməkdaşlarına daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində İmişli şəhər sakini N.Məmmədovun yaşadığı evə baxış zamanı oradan nömrəsiz “AKS-47” markalı avtomat, 5 ədəd patron darağı, 167 ədəd müxtəlif çaplı patron, 1 ədəd “ME-800 General” markalı qaz tapançası, 1 ədəd “Agent” markalı qaz-siqnal tapançası və ona aid 3 ədəd patron aşkar edilərək götürülüb.